13.05.2017 - Azadlıqdan məhrum edilmiş şəxslər IV İslam Həmrəyliyi Oyunlarının açılışını izləmişlər
13-05-2017, 17:42 | 582 dəfə oxunub
Azərbaycan və onun paytaxtı Bakının səbirsizliklə gözlədiyi anın - IV İslam Həmrəyliyi Oyunlarının açıllışının həyəcan və sevinci Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında da yaşanmışdır.
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Təşkilat Komitəsi tərəfindən görülən işlər, Oyunların Proqramı, iştirakçı ölkələr, idmançılarımızın təmsil olunduqları idman növləri barədə müvafiq məlumatlarla tanış olmaq üçün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında xüsusi kontingentə lazımi şərait yaradılmışdır.
12.05.2017-ci il tarixdə isə Oyunların möhtəşəm açılışı dövlət televiziyası ilə tabe qurumlarda xüsusi kontingent tərəfindən maraqla izlənilmişdir.
AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46