Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə Penitensiar xidmətdə görüş

 
7-02-2018, 11:45 | 717 dəfə oxunub

Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” birgə layihəsi çərçivəsində 06.02.2017-ci il tarixdə Avropa Şurasının Cinayət hüququ üzrə əməkdaşlıq bölməsinin rəhbəri Tanya Rakusiç-Hadziç, Avropa Şurasının Bakı ofisinin rəhbər müavini Joel Mermet, ofisin əməkdaşı, layihə üzrə əlaqələndirici Aynur Yusifova Penitensiar xidmətin Baş idarəsində qəbul edilmişlər.

Qonaqları salamlayan Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov qeyd etmişdir ki, “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” adı ilə keçirilən Avropa İttifaqının və Avropa Şurasının birgə layihəsi çox yüksək səviyyədə icra olunur və maraqlı keçir.

Ölkə başçısının təşəbbüsü ilə cəzaların humanistləşdirilməsi, dekriminallaşdırma və Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qəbul olunan qərar və qanunlar, bu humanist aktların cəzaçəkmə müəssisələrində tətbiqi ilə bağlı tədbir iştirakçıları məlumatlandırılmış, vurğulanmışdır ki, layihənin icrasının məhz bu dövrə təsadüf etməsi onun səmərəli həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır.

Avropa   Şurasının   Bakı   ofisinin   nümayəndələri   ilə  Penitensiar xidmətdə görüş

Qeyd edilmişdir ki, kifayət qədər təcrübəyə sahib olan layihə üzrə ekspertlər Mario Osvald və Fransis Nenql Penitensiar xidmət əməkdaşları ilə təcrübələrini bölüşmüş, təhlükəsizlik və məxfiçilik prinsiplərinə riayət olunmaqla quraşdırılmış “Məhkumların şəxsi işlərinin idarə edilməsi sistemi”ni yüksək qiymətləndirmişlər.

Həbs edilmiş şəxslərlə və məhkumlarla bilavasitə işləyən əməkdaşlar üçün layihə çərçivəsində təşkil edilmiş treninqlərin də xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Layihədə verilən tövsiyyələrin həyata keçirildiyi, xüsusilə psixi problemləri olan məhkumların müalicəsi ilə bağlı işin təkmilləşdirildiyi, saxlanma şəraiti, maddi məişət təminatı və ictimai faydalı əməyə cəlb olunma ilə bağlı görülən tədbirlər barədə qonaqlara məlumat verilmişdir.

Avropa Şurasının Cinayət hüququ üzrə əməkdaşlıq bölməsinin rəhbəri Tanya Rakusiç-Hadziç qəbula görə minnnətdarlığını ifadə edərək, layihə çərçivəsində penitensiar müəssisələrə başçəkmələrə və zəruri məlumatların əldə edilməsi və pilot müəssisələrdə müvafiq iş aparılması üçün Penitensiar xidmət tərəfindən yüksək şərait yaradıldığını bildirmişdir.

Cəzanın humanistləşdirilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişiklikləri alqışlayan Tanya Rakusiç-Hadziç layihənin icrasının uğurla başa çatdırılmasından sonra idarəetmənin təkmilləşdirilməsi,alternativ cəzaların tətbiqi, peşəkarlığın artırılması və digər ehtiyac duyulan sahələrlə bağlı yeni bir layihəni həyata keçirmək arzusunda olduqlarını bildirmişdir.

Görüşə yekun vuran rəis müavini H.Əlixanov Avropa İttifaqı və Avropa Şurasının birgə dəstəyi sayəsində Penitensiar xidmətin fəaliyyətində əldə olunmuş nailiyyətlərə görə məmnunluğunu, eləcə də layihənin yaranmasında göstərilən dəstək üçün təşkilatçılara və ekspertlərə dərin təşəkkürünü ifadə etmişdir.

Qəbulda Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Məhərrəm Qafarov və digər məsul əməkdaşlar iştirak etmişlər.

Avropa   Şurasının   Bakı   ofisinin   nümayəndələri   ilə  Penitensiar xidmətdə görüş


İctimaiyyətlə əlaqələr şöbəsi

07.02.2018

 
EllCelf
Buy Kamagra Online In Uk Levitra Langer cialis prices Acquisto Levitra In Farmacia
 

Example - jQuery SilverTrack



«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46