Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ

 
7-12-2016, 16:29 | 77074 dəfə oxunub

Polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 5 yanvar 1947-ci ildə Xankəndində anadan olmuşdur.

1967-ci ildə Leninqrad şəhərindəki Ali Siyasi hərbi məktəbə daxil olmuşdur.

23.10.1967-ci ildə 6500 saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır.

1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil almışdır.

1991-ci ildə könüllü cəbhəyə gedərək Ağdam rayonunun müdafiəsinin təşkilində fəal iştirak etmişdir.

1992-ci il iyun ayının 18-də Ağdamın Yeni Qaralar kəndinin yaxınlığındakı ön mövqelərdən geri dönərkən minaya düşmüş və iki əsgərlə birlikdə həlak olmuşdur.

16 sentyabr 1994-cü ildə (ölümündən sonra) polkovnik-leytenant Ş.V. Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.





Kapitan Rzayev Rövşən Abdulla oğlu

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 15 oktyabr 1969-cu ildə Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuşdur.

1986-cı ildə Bakı şəhəri 253 saylı orta məktəbi bitirmişdir.

1991-ci ildə Vladiqafqaz şəhərindəki Ali Hərbi Komandirlər məktəbini bitirmişdir.

12.03.1992-ci il tarixindən Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, şəxsən düşmənin iki tankını, onlarla canlı qüvvəsini məhv etmişdir.

1992-ci ilin iyul ayında Naxçıvanik uğrunda gedən döyüşlərdə yaralanaraq kontuziya almışdır.

Bölük komandiri R.A.Rzayev 18.01.1999-cu ildə ixtişaş zamanı yaralı əsgərlərin həyatını xilas edərkən qəhramancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 12.02.1999-cu il tarixli fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.





Baş çavuş Makayev İqor Vladimiroviç

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 27.10.1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

Könüllü cəbhəyə getmiş və 6 avqust 1992-ci il tarixində Ağdam rayonunda gedən qanlı döyüşlərdə əsgər yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Gəncə şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.








Baş leytenant Yəhyayev Elşad Məmmədhənifə oğlu

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1991-ci ildə Saratov Ali Hərbi Komandirlər məktəbini bitirmişdir.

Ağdam rayonun Papravənd, Sırxavənd və Naxçıvanik kəndləri uğrunda gedən qanlı döyüşlərdə böyük şücaətlə vuruşmuş, baş leytenant E.M Yəhyayev 20 iyun 1992-ci ildə Aranzəmin kəndinin müdafiəsində Qəhramancasına həlak olmuşdur.

8 oktyabr 1992-ci ildə baş leytenant E.M.Yəhyayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

“Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.





Sıravi Məhərrəmov Səxavət Ələmdar oğlu

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 3 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya bölgəsinin Əzizbəyov Kəndində anadan olmuşdur.

1988-ci ildən Bakının Lökbatan qəsəbəsində yaşamışdır.

16.11.1991-ci ildə müddətli həqiqi xidmətə çağrılmış və Mühafizə alayında xidmətə başlamışdır.

1992-ci ilin iyul ayında alayın toplu dəstəsində qəhrəmanlıqla vuruşmuş, düşmənin xeyli sayda canlı qüvvəsini məhf etmişdir.

03.08.1992-ci ildə ağır döyüşlərin birində şücaətlə vuruşmuş, aldığı coxsaylı yaralardan həlak olmuşdur.

6 noyabr 1992-ci ildə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.





Baş leytenant Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 31.03.1967-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur.

1992-ci ilin mart ayında Daxili Qoşunların tərkibinə keçmiş və iyun ayından etibarən Ağdamın müdafiəsində fəal iştirak etmişdir.

1992-ci ilin sentyabr ayının 4-də baş leytenant F. V. Nəcəfov Çıldıran kəndi uğrunda gedən döyüşlərin birində Qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 06.11.1992-ci il tarixli fərmanı ilə baş leytenant F.V. Nəcəfova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.





Baş leytenant Slesaryov Mixail Aleksandroviç

ŞƏHİDLƏRİMİZ VƏ MİLLİ QƏHRƏMANLARIMIZ 8 may 1955-ci ildə Rusiya Federasiyasının Smolensk vilayətində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmış, xidmətini SSRİ DİN DQ-nın 6500 saylı hərbi hissəsində 24 may 1975-ci ildən, 21 sentyabr 1977-ci ilə kimi keçmiş, həmin tarixdən hərbi hissədə MAXE kimi xidmətini davam etdirmişdir.

Baş gizir M.A.Slesaryov 18.01.1999-cu ildə Qobustan həbsxanasındakı ixtişaş zamanı şücaət göstərmiş, cinayətkarların qarşısını almışdır.

Azərbaycan Respublikasının Prezidentinin 12.02.1999-cu il tarixli fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Ədliyyə kapitanı Mixail Slesaryov 19.04.2012-ci ildə Mühafizə alayında xidmətini başa vuraraq təqayüdə çıxmışdır.

19.04.2014-cü ildə vəfat etmişdir.


 









Example - jQuery SilverTrack



«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68