Ulu Öndərin xatirəsinə həsr olunmuş yarış keçirilib
10-05-2022, 10:56 | 682 dəfə oxunub
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Penitensiar xidmətin şəxsi heyəti arasında qol güləşi idman növü üzrə yarış keçirilib.
Tədbirdə Ulu öndərin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi naminə əvəzsiz xidmətləri haqqında iştirakçılara geniş məlumat verilib. Heydər Əliyevin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında olarkən xalqın istəyi ilə hakimiyyətə gəldiyi, ölkəni böyük böhrandan xilas etdiyi qeyd olunub. Məhz Ümummilli liderin uzunmüddətli inkişaf strategiyası sayəsində Azərbaycanın bu gün dünyada güclü dövlət kimi tanındığı bildirilib.
Daha sonra iştirakçılar Qol Güləşi Federasiyasının hakimləri tərəfindən idarə edilən yarışda müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayıblar.
Fəxri kürsüdə yer alan əməkdaşlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.