Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilmişdir
16-06-2022, 17:32 | 596 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşləri 15.06.2022-ci il tarixdə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir.
“Xeyirxahlıq, yardım, mərhəmət və doğruluğun insan həyatında rolu” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.