Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilmişdir

 
27-07-2022, 14:37 | 438 dəfə oxunub

Məhkumlar üçün növbəti seminar-treninqlər keçirilmişdir


Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşləri 27.07.2022-ci il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir.

“Qumar, içki, narkotik vasitələrdən istifadə kimi hallara dində münasibət” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.

Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

27.07.2022

 









Example - jQuery SilverTrack



«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68