Yeniyetmə məhkumlar arasında növbəti idman yarışı keçirilmişdir
5-08-2022, 15:38 | 633 dəfə oxunub
05.08.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı, Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlar arasında badminton yarışı keçirilmişdir.
Yeniyetmə məhkumların asudə vaxtlarının səmərəli təşkili, onlarda sağlam həyat tərzinin formalaşması və fiziki inkişaflarının təmin edilməsi məqsədi daşıyan yarışın qalibləri təşkilatçılar tərəfindən diplomlar, müxtəlif idman ləvazimatları və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.