Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Xidmət əməkdaşları BQXK tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişlər.

 
13-08-2022, 11:06 | 473 dəfə oxunub

Ədliyyə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlıq çərçivəsində məhkumların hüquq və azadlıqlarının təminatı, qanunvericilik bazasının yenilənməsi, Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, kadr korpusunun bilik və bacarıqlarının artırılması məqsədilə qarşılıqlı fəaliyyət uğurla davam etdirilməkdədir.

Penitensiar və probasiya sahələrində işləyən təlimçilərin interaktiv tədris bacarıqlarının və metodologiyalarının təkmilləşdirilməsi məqsədi daşıyan növbəti təlimlər 3-4 və 9-12 avqust tarixlərində BQXK-nın Azərbaycan Nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətlərinin, Ombudsman Aparatının əməkdaşlarından ibarət qruplar üçün təşkil edilmişdir.

Penitensiar xidmətin Baş idarəsinin, Təlim mərkəzinin və cəzaçəkmə müəssisələrinin əməkdaşlarının iştirak etdiyi təlimlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki fəaliyyəti barədə məlumat verilmiş, təlimlərin aparılması və təşkili qaydaları barədə mühazirələr oxunmuş, tapşırıqlar icra edilmiş və müzakirələr aparılmışdır.

Xidmət əməkdaşları BQXK tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişlər.

Xidmət əməkdaşları BQXK tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişlər.

Xidmət əməkdaşları BQXK tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişlər.


İctimaiyyətlə əlaqələr şöbəsi

13.08.2022

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68