Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

 
25-08-2022, 16:52 | 644 dəfə oxunub

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir


25.08.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmişdir. Sonra gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içmişlər.

Mühafizə alayının komandiri ədliyyə polkovnik-leytenantı Rauf Əsədov tədbirdə çıxış edərək gənc əsgərlərə Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini çatdırmış, gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin müdafiəsinə qalxmağa hər an hazır olmağı tövsiyə etmişdir.

Daha sonra şəxsi heyətin hərbi marş sədaları altında təntənəli marşla keçidi olmuşdur.

Sonda Mühafizə alayının Xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlarla fiziki və döyüş hazırlığını nümayiş etdirmişdir.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir


İctimaiyyətlə əlaqələr şöbəsi

25.08.2022

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68