Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir

 
22-09-2022, 18:00 | 449 dəfə oxunub

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyası arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumlarla tərbiyəvi və maarifləndirici işlərin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Komisiyyasının İşçi qrupunun məhkumlarla növbəti görüşü 22.09.2022-ci il tarixdə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir.

Görüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları iştirak etmişlər.

“Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkum edilmiş şəxslərə narkomaniyanın doğurduğu faciələr, törətdiyi sosial fəsadlar, xəstəliklərin yayılması yolları, eləcə də narkomaniya ilə mübarizədə dövlətin rolu haqqında məlumatlar verilmişdir.

Daha sonra məhkumlarla geniş diskussiya aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir


İctimaiyyətlə əlaqələr şöbəsi

22.09.2022

 









Example - jQuery SilverTrack



«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68