Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində və tabe qurumlarda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.
Xidməıtin Mühafizə Alayında keçirilmiş tədbirdə müharibə iştirakçıları, döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin valideynləri, həmçinin Mühafizə Alayında xidmət keçən şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yolundan danışmış, şəhid valideynləri övladları ilə bağlı xatirələrini bölüşmüşlər.
Daha sonra əsgərlərin iştirakı ilə “İşqaldan azadlığa gedən yol” adlı bədii kompozisya göstərilimişdir.
Sonda Birinci Qarabağ müharibəsində həlak olmuş Alay əməkdaşlarının və əsgərlərinin əziz xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulmuş və xatirələri anılmışdır.