Penitensiar xidmətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə növbəti uğurlu əməliyyatı (FOTO)
1-11-2022, 10:25 | 420 dəfə oxunub
Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkar edilmişdir.
Daha sonra Ədliyyə nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları ilə birğə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun yaşadığı Bakı şərəri, Yasamal rayon ərazisində yerləşən evində axtarış aparılan zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram olan müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir.