Penitensiar xidmətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə uğurlu əməliyyatları davam edir (FOTO)
15-11-2022, 18:47 | 517 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar xidmətin və Bakı istintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilmişdir.
Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyevin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında torpağa basdırdığı lüləsi və qundağı kəsilmiş 6 ədəd patronu ilə birlikdə qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür.