Həqiqi hərbi xidmət keçən əsgərlər Heydər Əliyev Mərkəzinə baş çəkmişlər
21-11-2022, 14:19 | 656 dəfə oxunub
22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Penitensiar Xidmətin Mühafizə alayının bir qrup şəxsi heyətinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.
İştirakçılara Mərkəz haqqında ətraflı məlumat verilmiş, onlar Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olmuşlar.
Daha sonra əsgərlər Mərkəzdə nümayiş olunan “Azərbaycan inciləri” sərgisi, qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələrinə baxmışlar.