Cəzaçəkmə müəssisəsində idman yarışı keçirilmişdir
28-11-2022, 15:21 | 590 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Azərbaycan Badminton Federasiyası arasında təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumlarla tərbiyəvi və maarifləndirici işlərin aparılması, asudə vaxtlarının səmərəli keçirilməsi, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və ədalətli oyun prinsiplərindən irəli gələn gender bərabərliyinin qorunması davam etdirilir.
26.11.2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və Azərbaycan Badminton Federasiyasının məsul əməkdaşlarının iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlar arasında “idman həyatdır” devizi altında badminton yarışı keçirilmişdir.
Yarışın qalibləri təşkilatçılar tərəfindən hədiyyələr və diplomlarla təltif edilmişlər.