Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Ədliyyə naziri Qobustanda vətəndaşları qəbul edib

 
14-12-2022, 15:31 | 387 dəfə oxunub

Ədliyyə naziri Qobustanda vətəndaşları qəbul edib


Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov dekabrın 14-də Qobustan rayonunda vətəndaşların qəbulunu həyata keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Keçirilən qəbulda Qobustan, Şamaxı, Ağsu və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilərək qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Vətəndaşlar onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri Qobustan rayon icra və probasiya, qeydiyyat və notariat qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, rayon məhkəməsinə baş çəkib, müvafiq tapşırıq və tövsiyələr verib.

Yerli ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlardan, ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Nazir ədliyyə orqanlarının işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin olunması, məhkəmə qərarlarının və cəzaların icrası işinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.

Eyni zamanda məhkəmə fəaliyyətində şəffaflığın, ictimai etimadın yüksəldilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi qeyd olunub.

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68