Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

 
30-12-2022, 18:13 | 993 dəfə oxunub

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib


Məhkumların asudə vaxtlarının səmərəli təşkili, onlarda müxtəlif idman növlərinə həvəsin aşılanması istiqamətində zəruri tədbirlər davam etdirilir.

30 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Elm və Təhsil Naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşmüş və federasiyanın təşkilatçılığı ilə yaradılmış yeni basketbol lövhəsinin istifadəyə verilməsində iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Nazir məhkumları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.

Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov çıxış edərək penitensiar sistemdə son illər ərzində aparılan yenidənqurma işləri, məhkumların saxlanma şəratinin yaxşılaşdırılması və dövlətimizin bu sahədə humanist siyasətindən danışmış, qonaqlara göstərdikləri diqqətə görə təşəkkürünü bildirmişdir. Xidmətin rəis müavini də öz növbəsində cəza çəkənləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.

Çıxış edən məhkumlar yeni idman avadanlığı üçün öz minnətdarlıqlarını bildirmişlər.

Sonda basketbol üzrə milli komandamızın üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə etmişlər.

Tədbirdə Penitensiar xidmətin və Basketbol federasiyasının məsul əməkdaşları və basketbol üzrə milli komandanın üzvləri iştirak etmişlər.

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib


İctimaiyyətlə əlaqələr şöbəsi

30.12.2022

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68