Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)

 
4-01-2023, 10:47 | 454 dəfə oxunub

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ayaz Mahmud Rza oğlu Məmmədovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Akif Mahmud Rza oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 0,393 qram narkotik maddə - heroin, ümumi çəkisi 0,098 qram psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,080 qram olan metadon preparatları aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)


İctimaiyyətlə əlaqələr şöbəsi

04.01.2023

 









Example - jQuery SilverTrack



«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68