Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

 
2-02-2023, 14:56 | 950 dəfə oxunub

Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir


2 fevral 2023-cü il tarixində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir zamanı hər il ölkəmizdə geniş şəkildə qeyd edilən Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılmış və gənc əməkdaşları bu əlamətdar gün münasibətilə təbrik etmişlər.

Ümummilli Liderin 1997-ci ildə imzaladığı fərmanla təsis olunmuş Gənclər Günü Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymət kimi dəyərləndirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün də uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvər ruhda tərbiyəsi və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaratdığı vurğulanmışdır. Məhz yürüdülən düzgün siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, dahi şəxsiyyətin ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş film nümayiş etdirilmişdir.


İctimaiyyətlə əlaqələr şöbəsi

02.02.2023

 









Example - jQuery SilverTrack



«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68