Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir

 
23-02-2023, 16:02 | 447 dəfə oxunub

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyası arasında 2023-cü il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumlarla tərbiyəvi və maarifləndirici işlərin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Komisiyyasının İşçi qrupunun məhkumlarla növbəti görüşü 22.02.2023-cü il tarixdə 2 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir.

Görüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Bakı şəhər narkoloji mərkəzinin məsul əməkdaşları iştirak etmişlər.

“Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkum edilmiş şəxslərə narkomaniyanın doğurduğu faciələr, törətdiyi sosial fəsadlar, xəstəliklərin yayılması yolları, eləcə də narkomaniya ilə mübarizədə dövlətin rolu haqqında məlumatlar verilmişdir.

Daha sonra məhkumlarla geniş diskussiya aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir

Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilmişdir


İctimaiyyətlə əlaqələr şöbəsi

23.02.2023

 









Example - jQuery SilverTrack



«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68