Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Təlim mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş spartakiada təşkil olunmuşdur.
Azərbaycan Atletika Federasiyasının hakimləri tərəfindən idarə olunan 3 idman növü – press, daş qaldırma və 1000 metr məsafəyə qaçış üzrə keçirilmiş yarışda Penitensiar xidmətin 26 əməkdaşı qüvvəsini sınamışdır.