Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
6-03-2023, 16:33 | 381 dəfə oxunub
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində saxlanılan yeniyetmə məhkumların asudə vaxtlarının səmərəli təşkili, onlarda sağlam həyat tərzinin formalaşdırılması və fiziki inkişafının təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçirilmişdir.
Tərbiyə müəssisəsində fəaliyyət göstərən tam orta məktəbin pedoqoji heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərin səsləndirilməsi üzrə yeniyetmə məhkumlar arasında qiraət tədbiri təşkil edilmişdir. Tədbirdə fərqlənənlər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərbiyə müəssisəsində ölkəmizin veteran futbolçuları ilə yeniyetmə məhkumlar arasında futbol üzrə yoldaşlıq oyunu keçirilmişdir. Sonda qonaqlar tərəfindən yeniyetmələrə müxtəlif idman ləvazimatları hədiyyə edilmişdir.
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə Tərbiyə müəssisəsində yeniyetmə məhkumlar arasında badminton yarışı keçirilmişdir. Turnirin qalibləri diplomlar və müxtəlif idman ləvazimatları ilə mükafatlandırılmışlar.