Penitensiar xidmətin əməkdaşları ağacəkmə aksiyasında iştirak etmişlər
18-03-2023, 19:02 | 720 dəfə oxunub
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
18.03.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin bütün tabe müəssisələrinin hər birinin qarşısında 100 ədəd olmaqla, ümumilikdə 2500-dən çox müxtəlif ağac növləri əkilmişdir.