Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 
SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol turnirinin final mərhələsi

8-05-2023, 09:10 | 593 dəfə oxunub

Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol turnirinin final mərhələsi

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyilə Penitensiar xidmətin Mühafizə alayında Xidmətin şəxsi heyəti arasında təşkil olunmuş mini futbol turnirinin final mərhələsi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Mühafizə alayının Xüsusi təyinatlı bölüyünün komandir müavini kikboksinq idman növü üzrə dünya və Avropa çeçmpionu, İslam Oyunları mükafatçısı ədliyyə kapitanı Arzuman Qədimovun üçrəngli Azərbaycan bayrağını dalğalandırması ilə başladı.

Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Tədbirin rəsmi açılışında Penitensiar xidmətin məsul əməkdaşları çıxış edərək, ümummilli lider Heydər Əliyevin keçdiyi mənalı və zəngin ömür yolu barədə məlumat verdilər. Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general–leytenantı Ceyhun Həsənovun salamlarını tədbir iştirakçılarına çatdıraraq, komandalara uğurlar arzuladılar.

Əsgərlərin və müharibə iştirakçılarının da qatıldığı tədbir bədii hissə ilə davam etdirilmişdir.

Qeyd edək ki, ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış ulu öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil edilən turnirdə birinci yerə Mühafizə alayının, ikinci yerə 7 saylı cəzaçəkmə müəssisəsinin, üçüncü yerə isə Müalicə Müəssisəsinin komandaları layiq görülmüşlər. Qaliblərə və tədbirin təşkilatçılarına mükafatlar təqdim olunmuşdur.

Sonda qalib komandalar və tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

08.05.2023

Example - jQuery SilverTrack

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68