Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Penitensiar xidmətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarının növbəti birgə uğurlu əməliyyatı (FOTO)

 
19-05-2023, 09:35 | 407 dəfə oxunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlətdilmiş 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülmüşdür.

Penitensiar xidmətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarının növbəti birgə uğurlu əməliyyatı (FOTO)


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Əhəd oğlu Fətullayev ilə qısamüddətli görüşə gələn arvadı Naidə Şikar qızı Nağıyevanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman üzərində gizlətdiyi 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,723 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,945 qram olan narkotik maddə - marixuana aşkar olunmuşdur.

Penitensiar xidmətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarının növbəti birgə uğurlu əməliyyatı (FOTO)


Hər iki faktla bağlı araşdırma aparılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

19.05.2023

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68