Penitensiar xidmətdə metodiki təlim məşğələsi keçirilmişdir
24-05-2023, 12:09 | 245 dəfə oxunub
24 may 2023-cü il tarixində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2023-cü il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Baş idarədə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə metodiki təlim məşğələsi keçirilmişdir.
Məşğələdə iştirak edən əmakdaşlara fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsi və funksional vəzifələri izah edilmiş, bu cür hallarda xüsusi davranış qaydaları üzrə biliklər aşılanmışdır.