Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

 
26-08-2023, 17:34 | 1410 dəfə oxunub

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər


26.08.2023-cü il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbir zamanı Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin müdafiəsinə qalxmağa hər an hazır olmağı tövsiyə edib.

Nazir müavini qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və hərbi sahədə əldə etdiyi uğurlara söykənən Azərbaycan əsgəri Qarabağda zəfəri təmin etmiş və 30 illik həsrətə son qoymuşdur. O, məhz gənc əsgərlərin and içdiyi 26 avqust tarixinin də cənab Prezidentin Sərəncamına əsasən “Laçın Şəhəri Günü” kimi qeyd edildiyi günə təsadüf etdiyini qürurla vurğulamışdır.

Gənc əsgər Nahid Məmmədov özünün və yoldaşlarının adından yaradılmış bütün şəraitə görə təşəkkürünü bildirdi, xidmətləri zamanı Azərbaycan əsgəri adını qürürla daşıyacaqlarına və vətənimizə verdikləri anda hər zaman sadiq qalacaqlarına söz verdi.

Əsgər valideyni Qarabağ müharibəsi qazısı Fərhad Mürsəlov bir valideyn kimi Azərbaycan əsgərinə bu gün göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini qeyd etdi. O, gənc əsgərlərə öz tövsiyyələrini çatdıraraq, Vətən işində hər zaman qəhrəman və nümunəvi olmağı arzu etdi.

Daha sonra Mühafizə alayının Xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlarla fiziki və döyüş hazırlığını nümayiş etdirmişdir.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu yad edilmiş, milli qəhrəmanların abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər


İctimaiyyətlə əlaqələr şöbəsi

26.08.2023

 









Example - jQuery SilverTrack



«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68