Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Məhkumlarla narkotiklərlə mübarizə mövzusunda növbəti görüş keçirilib

 
28-08-2023, 12:43 | 883 dəfə oxunub

Məhkumlarla narkotiklərlə mübarizə mövzusunda növbəti görüş keçirilib


Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında 2023-cü il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumlarla tərbiyəvi və maarifləndirici işlərin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Komissiyasının İşçi qrupunun məhkumlarla növbəti görüşü 1 və 7 saylı cəzaçəkmə müəssisələrində keçirilib.

Görüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Narkoloji Mərkəzinin məsul əməkdaşları iştirak edib.

“Narkotik vasitələrin, həmçinin narkomanlığın insanların sağlamlığına, insan orqanizminə məhvedici təsiri və cəmiyyətə ziyanı” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkum edilmiş şəxslərə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumatlar verilib.

Daha sonra məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

28.08.2023

 









Example - jQuery SilverTrack



«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68