Penitensiar xidmətdə qulluq etmək istəyən namizədlərin sıra baxışı olub
2-09-2023, 16:31 | 9135 dəfə oxunub
02.09.2023-cü il tarixdə Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Xidmətdə kiçik rəis heyətində işə qəbulla bağlı müraciət etmiş namizədlərin sıra baxışını keçirib.
Nazir müavini onların zahiri görkəmi, fiziki hazırlığı, bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələri, Penitensiar xidmətin rəsmi saytı və sosial şəbəkə səhifələrində əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 150 nəfər, o cümlədən 37 nəfər vətən müharibəsi iştirakçısı və 1 nəfər şəhid ailəsi üzvü növbəti seçim mərhələsinə buraxılıblar.