Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayının Xüsusi təyinatlı bölüyünün əməkdaşı ədliyyə kiçik giziri İsrafil Məmməd oğlu Şabanov İtaliyanın Karrara şəhərində keçirilən Kunq-fu idman növü üzrə Dünya çempionatında 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.
Bu qələbə ilə ədliyyə kiçik giziri İ.M.Şabanov ikiqat Dünya çempionu fəxri adına sahib olub.
Əməkdaşımızı qazanılmış uğur münasibətilə təbrik edirik.