Səmərqənddə narkotik vasitələrdən istifadənin qarşısının alınması mövzusunda beynəlxalq konfrans keçirilib
6-11-2023, 19:55 | 653 dəfə oxunub
Cari ilin 1-2 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan Respublikasının Nazirlər Kabineti və Paris Paktı Təşəbbüsü İşçi Qrupu tərəfindən “Narkotik vasitələrdən istifadə və narkotik vasitələrdən istifadə nəticəsində yaranan pozuntuların ilkin mərhələdə qarşısının alınması” mövzusunda konfrans keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi ədliyyə polkovniki Fikrət Qafarov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə kapitanı Namik Həsənov iştirak ediblər.
Konfransda narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində yaranan çətinliklər, yeni çağırışlar, müalicədə qlobal yeniliklər, narkotiklərdən istifadənin ilkin mərhələdə qarşısının alınması, məktəblilər və gənclər arasında narkotiklərdən istifadənin qarşısının alınmasında qanunvericilik bazasının gücləndirilməsi və hüquq-mühafizə orqanlarının rolu, beynəlxalq standartlar, proqramlar və bu sahədə Özbəkistanın təcrübəsi ətrafında mühazirələr dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.