Əsgərlər arasında Zəfər günü münasibətilə yarış keçirilib
7-11-2023, 08:59 | 973 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında 8 noyabr - Zəfər günü və Şuşa şəhəri günü münasibətilə həqiqi hərbi xidmət keçən əsgərlər arasında Breyn-rinq intellektual bilik yarışı keçirilib.
Yarışın final mərhələsi ilə əlaqədar Mühafizə alayının Qərargahında qazi və veteran əməkdaşların iştirakı ilə təşkil edilmiş tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib və Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qaliblər Alay komandiri tərəfindən diplom və kubokla mükafatlandırılıb.