Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb (FOTO)
7-11-2023, 18:57 | 611 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Məhkum Rüfət Nəriman oğlu Qubadlıya tanışı Rəşad Məhəbbət oğlu Cəbiyevin gətirdiyi sovqatdakı narların arasında gizlədilmiş kağız bükülüdə 0,084 qram heroin aşkar olunub.