İncəsənət xadimləri əsgərlər və məhkumlarla Zəfər günü konsertində görüşüblər
8-11-2023, 20:07 | 1276 dəfə oxunub
8 noyabr – Zəfər günü ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabe qurumlarında müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Bu münasibətlə incəsənət xadimləri Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında müddətli həqiqi xidmət keçən əsgərlər və 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar qarşısında konsert proqramları ilə çıxış edərək onları bayram günü münasibətilə təbrik ediblər.