Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

 
17-11-2023, 23:25 | 689 dəfə oxunub

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib


“Heydər Əliyev ili” çərçivəsində, 22 noyabr - Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində silsilə tədbirlər keçirilir.

Tədbirlərin təşkilində əsas məqsəd azadlıqdan məhrum edilmiş şəxslərin sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasının möhkəmləndirilməsindən ibarətdir.

Bu baxımdan penitensiar xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında cəza çəkən məhkumlar arasında video formatda keçirilmiş şahmat turniri böyük maraqla qarşılanıb.

İlkin mərhələdə cəza çəkdikləri müəssisə daxilində güclərini sınayan məhkumlar arasında qaliblər müəyyən edilib. Daha sonra müxtəlif müəssisələrdən seçilmiş ən güclü iştirakçılar bir-biriləri ilə mübarizə aparıblar.

Yarışlar Şahmat Federasiyasının əməkdaşı, beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin nəzarətində Lichess.org platformasında İsveçrə sistemi ilə onlayn formatda keçirilib.

Yarışın yekununda birinci yerə 6 xalla məhkum Müşfiq Əliyev, ikinci yerə 5,5 xalla Faiq Məmmədov, üçüncü yerə isə 5 xalla Məhəmməd Səmədov layiq görülüblər.

Qaliblər xidmət rəhbərliyi tərəfindən kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib

Penitensiar müəssisələrdə şahmat turniri keçirilib


İctimaiyyətlə əlaqələr şöbəsi

17.11.2023

 









Example - jQuery SilverTrack



«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68