Əməkdaşlar və əsgərlər şahmat yarışında güclərini sınayıblar
17-11-2023, 23:34 | 1168 dəfə oxunub
“Heydər Əliyev ili” çərçivəsində, 22 noyabr - Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşlarının və Alayda həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə şahmat turniri təşkil edilib.
Penitensiar xidmətin Mühafizə alayının Qərargahında keçirilən yarışda olimpiya sistemi ilə mübarizə aparan iştirakçıların qarşılaşmalarını ədalət təmsilçisi Şahmat Federasiyasının əməkdaşı, beynəlxalq dərəcəli hakim Elşad Abdullayev idarə edib.
Yekunda birinci yerə Mühafizə alayının 6-cı atıcı bölüyünün əsgəri Kənan Əhədzadə sahib olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, 8 saylı və 6 saylı cəzaçəkmə müəssisələrinin əməkdaşları ədliyyə mayoru Cavid Məmmədov və ədliyyə mayoru Zamin Əliyev tutublar.
Qaliblər xidmət rəhbərliyi tərəfindən mükafatlandırılıblar.