5 yanvar 1947-ci ildə Xankəndində anadan olmuşdur.
1967-ci ildə Leninqrad şəhərindəki Ali Siyasi hərbi məktəbə daxil olmuşdur.
23.10.1967-ci ildə 6500 saylı hərbi hissədə zabit kimi xidmətə başlamışdır.
1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil almışdır.
1991-ci ildə könüllü cəbhəyə gedərək Ağdam rayonunun müdafiəsinin təşkilində fəal iştirak etmişdir.
1992-ci il iyun ayının 18-də Ağdamın Yeni Qaralar kəndinin yaxınlığındakı ön mövqelərdən geri dönərkən minaya düşmüş və iki əsgərlə birlikdə həlak olmuşdur.
16 sentyabr 1994-cü ildə (ölümündən sonra) polkovnik-leytenant Ş.V. Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Kapitan Rzayev Rövşən Abdulla oğlu
15 oktyabr 1969-cu ildə Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuşdur.
1986-cı ildə Bakı şəhəri 253 saylı orta məktəbi bitirmişdir.
1991-ci ildə Vladiqafqaz şəhərindəki Ali Hərbi Komandirlər məktəbini bitirmişdir.
12.03.1992-ci il tarixindən Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, şəxsən düşmənin iki tankını, onlarla canlı qüvvəsini məhv etmişdir.
1992-ci ilin iyul ayında Naxçıvanik uğrunda gedən döyüşlərdə yaralanaraq kontuziya almışdır.
Bölük komandiri R.A.Rzayev 18.01.1999-cu ildə ixtişaş zamanı yaralı əsgərlərin həyatını xilas edərkən qəhramancasına həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 12.02.1999-cu il tarixli fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Baş çavuş Makayev İqor Vladimiroviç
27.10.1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
Könüllü cəbhəyə getmiş və 6 avqust 1992-ci il tarixində Ağdam rayonunda gedən qanlı döyüşlərdə əsgər yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Gəncə şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Baş leytenant Yəhyayev Elşad Məmmədhənifə oğlu
1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə Saratov Ali Hərbi Komandirlər məktəbini bitirmişdir.
Ağdam rayonun Papravənd, Sırxavənd və Naxçıvanik kəndləri uğrunda gedən qanlı döyüşlərdə böyük şücaətlə vuruşmuş, baş leytenant E.M Yəhyayev 20 iyun 1992-ci ildə Aranzəmin kəndinin müdafiəsində Qəhramancasına həlak olmuşdur.
8 oktyabr 1992-ci ildə baş leytenant E.M.Yəhyayevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
“Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Sıravi Məhərrəmov Səxavət Ələmdar oğlu
3 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya bölgəsinin Əzizbəyov Kəndində anadan olmuşdur.
1988-ci ildən Bakının Lökbatan qəsəbəsində yaşamışdır.
16.11.1991-ci ildə müddətli həqiqi xidmətə çağrılmış və Mühafizə alayında xidmətə başlamışdır.
1992-ci ilin iyul ayında alayın toplu dəstəsində qəhrəmanlıqla vuruşmuş, düşmənin xeyli sayda canlı qüvvəsini məhf etmişdir.
03.08.1992-ci ildə ağır döyüşlərin birində şücaətlə vuruşmuş, aldığı coxsaylı yaralardan həlak olmuşdur.
6 noyabr 1992-ci ildə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Baş leytenant Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu
31.03.1967-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur.
1992-ci ilin mart ayında Daxili Qoşunların tərkibinə keçmiş və iyun ayından etibarən Ağdamın müdafiəsində fəal iştirak etmişdir.
1992-ci ilin sentyabr ayının 4-də baş leytenant F. V. Nəcəfov Çıldıran kəndi uğrunda gedən döyüşlərin birində Qəhrəmanlıqla həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 06.11.1992-ci il tarixli fərmanı ilə baş leytenant F.V. Nəcəfova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Baş leytenant Slesaryov Mixail Aleksandroviç
8 may 1955-ci ildə Rusiya Federasiyasının Smolensk vilayətində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmış, xidmətini SSRİ DİN DQ-nın 6500 saylı hərbi hissəsində 24 may 1975-ci ildən, 21 sentyabr 1977-ci ilə kimi keçmiş, həmin tarixdən hərbi hissədə MAXE kimi xidmətini davam etdirmişdir.
Baş gizir M.A.Slesaryov 18.01.1999-cu ildə Qobustan həbsxanasındakı ixtişaş zamanı şücaət göstərmiş, cinayətkarların qarşısını almışdır.
Azərbaycan Respublikasının Prezidentinin 12.02.1999-cu il tarixli fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ədliyyə kapitanı Mixail Slesaryov 19.04.2012-ci ildə Mühafizə alayında xidmətini başa vuraraq təqayüdə çıxmışdır.