Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınmışdır

 
21-03-2019, 17:49 | 1827 dəfə oxunub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanaya və 15 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.

20.03.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 234.1; 67.1-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Səlimov Kamran Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Bakı şəhər sakini Kərimova Nahidə Yunus qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasının içində bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir.

21.03.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 120.2.1; 120.2.3; 120.2.4; 120.2.7; 120.2.12; 29, 120.2.1; 29, 120.2.3; 29, 120.2.4; 29, 120.2.7; 29, 120.2.12; 28, 214.2.1; 28, 214.2.3; 214.2; 220.2; 228.3; 228.4; 233; 278; 279; 281.2; 283.2.3; 315.2; 66.3; 317.2.1; 67.1-ci maddələrinə əsasən 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir.

21.03.2019-cu il tarixdə Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Axundov Fərman Ağadadaş oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Axundov Cavanşir Ağadadaş oğlunun üzərinə baxış keçirilən zaman "Metadon" həbləri aşkar edilmişdir.

Hər üç faktla bağlı araşdırma aparılır.


İctimaiyyətlə əlaqələr şöbəsi

21.03.2019

 









Example - jQuery SilverTrack



«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68