• 26.04.2024

ƏDLİYYƏ KOMANDASI YARIMFİNALA VƏSİQƏ QAZANIB

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan mini-futbol turnirində Ədliyyə Nazirliyinin komandası növbəti görüşünü də qələbə ilə başa vurub.

 

Dövlət qurumları, şirkətlər və müxtəlif təşkilatların 52 komandasının mübarizə apardığı yarışda komandamız yarımfinala vəsiqə qazanaraq  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandası ilə finala çıxmaq uğrunda mübarizə aparacaq.