• 02.05.2024

TƏCRİDXANAYA NARKOTİK MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyi  Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik  maddə  keçirilməsinin  qarşısı  alınıb.

Həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram  marixuana  aşkar  olunub.

Faktla  bağlı araşdırma aparılır.