• 15.05.2024

PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşları üçün 13-15 may 2024-cü il tarixlərdə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Təlimçilər üçün təlim” keçirilib.

Penitensiar xidmətin müxtəlif sahələrində çalışan əməkdaşlarının insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunmuş təlim 3 gün davam edib.

İştirakçılara təlimin keçirilmə qaydaları, təşkili, metodologiyası, insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, Konstitusiya və insan hüquqları, Avropa Penitensiar Qaydaları, BMT-nin Məhbuslarla Minimum Davranış Qaydaları, İşgəncələrə qarşı Avropa Komitəsinin Qaydaları və bu kimi digər mövzular ətraflı şərh olunub.

Sonda Penitensiar xidmətin təlimləri uğurla başa vurmuş əməkdaşlarına sertifikatlar təqdim olunub.