• 14.06.2024

ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

 

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar ədliyyə naziri Fərid Əhmədov, nazirliyin rəhbər heyəti və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. 


Ziyarətçilər Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.