• 18.07.2024

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ PSİXOTROP MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop  maddə  keçirilməsinin  qarşısı  alınıb.

Məhkum Elçin Əlisəfa oğlu Məmmədovla görüşə gəlmiş həyat yoldaşının üzərində gizlətdiyi bükülüdə 8,499 qram  metamfetamin  aşkar  olunub.

Faktla  bağlı araşdırma aparılır.


Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.