• 12.08.2024

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ QULLUQ KEÇMƏK İSTƏYƏN NAMİZƏDLƏRİN SIRA BAXIŞI OLUB

Penitensiar xidmətin kadr potensialının gücləndirilməsi, vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə işlər uğurla davam etdirilir.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov Lənkəran penitensiar müəssisəsində namizədlərin sıra baxışını keçirib.

Nazir müavini onların zahiri görkəmi, fiziki hazırlığı, bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 129 nəfər növbəti seçim mərhələsinə buraxılıb.