• 31.08.2024

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ QULLUĞA QƏBULLA BAĞLI NÖVBƏTİ SIRA BAXIŞI OLUB

Penitensiar xidmətin vakant ştat vahidlərinin komplektləşdirilməsi məqsədilə avqustun 31-də Mühafizə alayında ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov namizədlərin növbəti sıra baxışını keçirib.

Nazir müavini onların fiziki hazırlığı və bilik səviyyəsi ilə maraqlanıb.

Əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş namizədlərdən 149 nəfər növbəti seçim mərhələsinə buraxılıb.