ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM GÖSTƏRİLMƏSİ DAVAM EDİR
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərə pulsuz peşəkar hüquqi yardımın göstərilməsi prosesi davam etdirilir.
Belə ki, sentyabrın 27-də Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində, 2 saylı istintaq təcridxanasında və Şəki penitensiar müəssisəsində ümumilikdə 124 nəfər məhkum və həbs edilmiş şəxs yaradılmış bu imkandan istifadə edib.
Vəkillər tərəfindən onlara qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.