CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ MOBİL TELEFON KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə olan "X-inova T210" markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.