• 29.10.2024

DAHA 4 CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM GÖSTƏRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum və həbs edilmiş şəxslərə hüquqi yardım göstərilməsi davam etdirilir.

Belə ki, oktyabrın 25-də 7, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 131 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.

Vəkillər tərəfindən onlara qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.