MÜHAFİZƏ ALAYINDA ZƏFƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədən sonra əsgərlərin ifasında "İşğaldan zəfərə" adlı bədii kompozisiya və Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə Penitensiar xidmətin məsul əməkdaşları, Mühafizə alayının komandanlığı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları çıxış ediblər.
Sonda Mühafizə alayında şəhidlərin xatirəsinə inşa edilmiş abidənin qarşısına gül dəstələri qoyulub.