• 12.12.2024

NAZİRLİYİN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür.

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ədliyyə naziri Fərid Əhmədov, nazirliyin rəhbər heyəti və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Daha sonra nazirliyin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla yad edilib.